Qurban Qurbanov:

Qurban Qurbanov: "Müdafiədə çox səhv etdik"

"Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox düşünməyi tələb edən bir oyun idi". 

Sport7.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turunda qalib gəldikləri "Bakı" ilə oyundan (4:2) sonra keçirilən mətbuat konfransında deyib. 
 
Q.Qurbanov komandasının ilk hissədə müdafiədə çox səhvə yol verdiyini bildirib: "Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı oynadıq, qələbə qazandıq. "Bakı” topla çox yaxşı oynayan komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR