Qurban Qurbanov "Qarabağ"ın tarixinə düşdü

Qurban Qurbanov
"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb.

Sport7.az xəbər verir ki, yubiley Topaz Premyer Liqasının VI turunun "Sabah”la 2-0 hesabı ilə bitən səfər matçına təsadüf edib. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb

Bu, 2008-ci ildən "Qarabağ”ın "sükanı arxası”nda olan Qurbanovun 451-ci matçına təsadüf edib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib kimi ayrılıb.

Mütəxəssisin "Qarabağ”ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si Premyer Liqa (320 matç), 34-ü avrokuboklar (85 matç), 29-u Azərbaycan kubokuna (46 matç) təsadüf edib.

Sport7.az
 

Xəbər lenti