Qurban Qurbanov “Qarabağ”ın və “Neftçi”nin şanslarından danışdı

Qurban Qurbanov “Qarabağ”ın və “Neftçi”nin şanslarından danışdı

"Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir. Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı".
 
Sport7.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəkləri oyun öncəsi açıqlamasında deyib.
 
48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun Kiprin Larnada şəhərinə salınması narahatlıq yaradıb: "Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik".
 
Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb: "Çətinliklərə baxmayaraq rəqibi yetərincə analiz etmişik və matça ümidlə yollanırıq. "Molde" nizam-intizamlı komandadır, fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, düzgün oyun qura biləcəyik”.

Qurban Qurbanov "Neftçi” – "Qalatasaray” qarşılaşması barədə də fikrini bildirib: "Neftçi”yə uğurlar arzulayıram. Belə klubların Azərbaycana gəlməsi futbolun inkişafına böyük təkandır. Türkiyənin top komandalarından birinin Bakıya gəlməsi futbolumuza böyük fayda verəcək. İstərdim ki, "Neftçi" "Qalatasaray"a qalib gəlsin. Türkiyə qardaş ölkədir, lakin idmanın prinsiplərindən biri odur ki, qalib gəlmək istəyirsən".

Sport7.az
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR