"Başda
Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu
bütün türk dünyasının qələbəsidir".
Sport7.azxəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA
Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəkləri
oyun öncəsi mətbuat konfransı
keçirib.
48 yaşlı mütəxəssis bildirib ki, komandası sabahkı matçda meydana
qələbə üçün çıxacaq: "Çətin olacağını bilirik. Çünki heyətimizdə zədəli və
cəzalı futbolçular var. Sabah iki qardaş ölkənin komandası qarşılaşacaq. Buna
baxmayaraq, qələbə qazanmaq istəyirik".