Qurban Qurbanov üçün gürcü şərabı - FOTOLAR

Qurban Qurbanov üçün gürcü şərabı - FOTOLAR
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Gürcüstan təmsilçisi "Samtredia” ilə ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında maraqlı hadisə baş verib.

Sport7.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova şərab hədiyyə olunub.

Gürcüstandan Bakıya səfər edən georgiaonline.ge saytının əməkdaşı Tengiz Paçkoria 45 yaşlı mütəxəssisi Azərbaycan dilində salamlayıb və öz hədiyyəsini təqdim edib. Lakin şərabı Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov qəbul edib.

Q.Qurbanov əcnəbi jurnalistə təşəkkür edərək, inanclı bir insan olduğunu və şərab içmədiyini bildirib. O, Gürcüstan xalqına böyük hörmətinin olduğunu ifadə edib.

Qeyd edək ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Samtredia” oyunu saat 21:00-da başlayacaq.
 




 
Sport7.az

Xəbər lenti