Qurban Qurbanova gül verib, güldürdülər - FOTOLAR

Qurban Qurbanova gül verib, güldürdülər - FOTOLAR
Topaz Premyer Liqasının "Kəpəz" - "Qarabağ" oyunundan əvvəl rəqib komandanın çalışdırıcısı Qurban Qurbanova sürpriz edilib.
 
Sport7.az xəbər verir ki, yığmamıza baş məşqçi təyin olunan Qurbanova "Kəpəz" PFK-nın kollektivi və Gəncə azarkeşləri adından klubun rənglərinə uyğun sarı və göy lentlər ilə bəzədilən gül dəstəsi təqdim olunub, mütəxəssisə millidəki gələcək fəaliyyətində uğurlar arzulanıb.
 
"Qurban, Qurban" sədaları altında yığmanın yeni çalışdırıcısı onu təbrik edənlərə təşəkkürünü bildirib.
 



 

Sport7.az

Xəbər lenti