Qurban Qurbanovla Rəşad Sadıqov məktəbin açılışında - FOTO

Qurban Qurbanovla Rəşad Sadıqov məktəbin açılışında - FOTO

Peşəkar Kikboks üzrə dünya çempionu, "Mauqli" ləqəbli idmançı Zabit Səmədov Bakıda özünün peşəkar idman məktəbini açıb.

Sport7.az xəbər verir ki, Heydər Əliyev adına İdman və Konsert Komleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərəcək məktəbin xidmətindən, 6 yaşından yuxarı hər kəs faydalana biləcək. "Zabit Səmədov döyüş məktəbi”nə mart ayından etibarən Belarus, Rusiya, Tailand və Ukraynanın tanınmış idmançıları müəllim kimi dəvət olunacaq. Eyni zamanda ayda iki dəfə olmaqla Zabit Səmədovun özünün və dünya şöhrətli idmançıların iştirakı ilə ustad dərsləri keçiləcək.
 
Məktəbin açılış mərasimində idman ictimaiyyətinin məşhur simaları iştirak ediblər. Qonaqlar arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla, kapitan Rəşad Sadıqov da yer alıb (Sportline.az)
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR