Qurban Qurbanovun köməkçisi: "Ufuku canlı izləyə bilmədim"

Qurban Qurbanovun köməkçisi:
Yığmamızın heyətini formalaşdırmağa çalışan Qurban Qurbanov bəzi "milliləşdirilmiş" futbolçulara da dəvət göndərməyi planlaşdırır ki, onlardan biri də Ufuk Budakdı.

Vaxtilə yığmamızda oynamış sol cinah müdafiəçisini nəzarətdə saxlayan Qurban bəy onun hazırda hansı formada olduğunu öyrənmək üçün köməkçisi Elçin Rəhmanovu Türkyəyə göndərmişdi. Bu üzdən Elçin bəylə əlaqə saxlayıb məsələ ilə bağlı məlmat öyrəndik. Mütəxəssis Sport7.az-a açıqlamasında futbolçunun hazırkı durumu haqda bunları söylədi:

"Özündən məlumat almışdıq. Oyununu izləmək üçün də Türkiyəyə getmişdim. Oynamaq şansları çox idi. Sadəcə, nədənsə məşqçi onu oyuna buraxmadı. Canlı izləyə bilmədik. Halbuki bizdə olan məlumata görə 100 faiz oynamalı idi. Ancaq oynamadı. Həmin oyundan əvvəl və sonra da meydana çıxmışdı. Oyun praktikası var. Yalnız mən getdiyim oyunda meydana çıxmadı". 

Amma bir məsələ də var. Futbolçu TFF-nin saytında türk vətəndaşı kimi göstərilir və "Samsunspor"da da yerli oyunçu kimi çıxış edir. AFFA belə olan halda onu millidə necə oynatmağı düşünür?: "Hər iki vətəndaşlığı var. Bundan əvvəl də yığmamızda oynayıb. Vallah, bundan dəqiq məlumatım yoxdu. Məncə problem olmaz".

Sport7.az 

Xəbər lenti