Qurban Qurbanovun mətbuat konfransının vaxı bəlli oldu

Qurban Qurbanovun mətbuat konfransının vaxı bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sevilya" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Sport7.az xəbər verir kİ, bu gün, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Sevilya"nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Qeydiyyatdan keçmiş KİV nümayəndələri bu gün, saat 12:00-dan 19:00-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən əldə edə bilərlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR