Qurban Qurbanovun oğlu "lipa" çıxarıldı - VİDEO+FOTOLAR

Qurban Qurbanovun oğlu
"Xəzər Lənkəran" tərəfi rəsmi də olmasa, qeyri-rəsmi olaraq "Neftçi" tərəfini U-13 Liqasında onlara qarşı lipa oynadılmasında günahlandırır. Belə ki, boyca hündür olan minimum 7 oyunçunun yaşının 13-dən çox olduğu iddia olunur.

Sport7.az xəbər verir ki, bu haqda "12-ci azarkeş klubu"nun saytında belə bir məlumat yerləşdirilib.  

"May ayının 15-də AFFA-nın təşkil etdiyi futbol üzrə U-13 liqasının final qarşılaşmasında "Xəzər Lənkəran”lı uşaqlar "Neftçi”li həmyaşıdları ilə qarşılaşmalı idilər. Amma bu görüş baş tutmadı. "Xəzər Lənkəran”lı balacalar meydana çıxarkən qarşılarında özlərindən 3-4 yaş böyük "uşaqlar”ı gördülər. Başqa sözlə, 12-13 yaşlı uşaqların cəsarətindən qorxan ağ-qara klub onların qarşısına 15-16 yaşlı yeniyetmələri çıxardı. Və beləliklə, Azərbaycan futbolunda hər cür iyrəncliyə əl atan "Neftçi” saysız-hesabsız çirkin oyunlarının sırasına daha birini əlavə etdi. Bu biabırçılığı isə oyunu izləyən hər kəslə bərabər, Azərbaycan futbolunu son sürətlə "inkişaf etdirən” və yarışa məsul olan AFFA rəsmiləri də gördü. Amma nə yazıq ki, heç kim səsini çıxarmadı. Səbəbləri isə hamımıza məlumdur".

Qeyd edək ki, "Neftçi"nin "lipa" iddia edilən futbolçuları arasında kapitanı - həmin oyunda 1 qol vurmuş və 1 məhsuldar ötürməyə imza atmış, 41 topla çempionatın bombardiri olmuş Qurban Qurbanovun oğlu Musa Qurbanlı da var. Onu 9 nömrəli formada şəkillərdə görmək mümkündür. Sonda həmin oyundan videonu da diqqətinizə çatdırırıq.


Sport7.az

Xəbər lenti