Qurban Qurbanovun oğlu millidə dubl etdi

Qurban Qurbanovun oğlu millidə dubl etdi
2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində son oyununu keçirib. 
 
Sport7.az xəbər verir ki, millimiz Bosniya və Herseqovina yığmasına 2:3 hesabı ilə məğlub olub. 
 
Komandanımızın hər iki qolunu "Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

Qeyd edək ki, millimiz turnirdəki ilk iki oyununda Makedoniya seçməsinə 0:2, Xorvatiya yığmasına isə 0:1 hesabı ilə məğlub olmuşdu.
 
Sport7.az

Xəbər lenti