Qış fasiləsində "Qarabağ”ı "Zirə”yə dəyişən Musa
Qurbanlı yeni komandasında fərqlənib.
Sport7.az xəbər verir ki, gənc hücumçu debüt
oyunundaca qol hesabını açmağı bacarıb.
Bu qol "Zirə”ylə "Sumqayıt” arasında keçirilən
yoxlama qarşılaşmasına təsadüf edib. Qarşılaşma "Zirə”nin 2:3 hesablı məğlubiyyəti
ilə yekunlaşıb.
Musa Qurbanlı oyuna əlavə edilmiş 3-cü dəqiqədə "Zirə”
üçün təsəlli sayılacaq qola imza atıb. Beş qolun vurulduğu qarşılaşmada bu qol
sonuncu olub.