Qurbanov jurnalistlərə cavab verəcək

Qurbanov jurnalistlərə cavab verəcək

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutacaq APOEL (Kipr) - "Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.

Sport7.az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov noyabrın 6-sı saat 19:15-da (Bakı vaxtı ilə 21:15) matçın keçirləcəyi GSP stadionunda media mənsublarının önünə çıxacaq.

"Qarabağ"ın son məşqi isə saat 19:30-da (Bakı vaxtı ilə 21:30) baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat üçün açıq olacaq.

APOEL – "Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR