Qurbanov stadiona APOEL-in məşqçisindən tez gedəcək

Qurbanov stadiona APOEL-in məşqçisindən tez gedəcək

Avropa Liqasının qrup mərhələsinin 3-cü turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - APOEL (Kipr) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Sport7.az xəbər verir ki, oktyabrın 23-ü, saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 17:00-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

APOEL-in baş məşqçisi isə saat 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Qeydiyyatdan keçmiş KİV nümayəndələri oktyabrın 22-si saat 14:00-19:00, oktyabrın 23-ü isə saat 11:00-19:00 aralığında akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika Stadionunun media mərkəzindən əldə edə bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR