Quru... (Günün atmacası)

Quru... (Günün atmacası)

Sizə kimdən deyim, nə danışım?! Qurudan. Bu quru, o quru deyil. Nəzərdə tutduğum sanskrit köklü termin olub, hinduizm və buddizm mistisizmində "mürşid”, "ustad” anlamına gəlir.
 
Atmacamızın "qəhrəman”ının qurusu Elxan Məmmədovdur. Hələ biri də var, deyilənə görə qurunun üzünə ağ olan yaşdır və yaşdadır...
Mövzumuz o deyil, yaşı saxlayaq sonraya. Hələ ki, qurunun Sumqayıta quru təyin etdiyindən danışacağıq. Yaşından başından utanmayanların yaş açıqlamasına sözardı olacaq.

Açıqlamanı verən yaşda da, quruda da dostumuz olan Rəşad Məmmədovdur. Əminəm ki, bu, "Sumqayıt”ın sözçüsünün beyninin məhsulu deyil. Bu məhz elə Sumqayıtın qurusunun fikridir. Sadəcə bunu dilə gətirən, qabağa verilən həmkarımızdır. Na xub? Canınız sağ olsun, siz onu qabağa versəz də, biz bunu elə "Sumqayıt”ın qurusunun sözü kimi qəbul edirik. Hə, nə deyir bu quru?! Top yaş imiş. Hələ üstəlik, torun deşiyi də böyük imiş. Adama sual verərlər. Balam, "bu gəlini gətirəndə görmürdüz ki, bu oğlandır, ya qız?” "Qarabağ” da dəhşətdir, deşiyin böyüyünə kiçiyinə baxmayıb, yaş-yaş vurub. Topu... Hamı bilir ki, "Qarabağ”da qurudan yanıqlı olanlar var. Hələ ki, yaş topla üstünüzə gəlir. Allah sizi topun qurusundan saxlasın. Quru dedim, Qurbanov yadıma düşdü. Hörmətsiz yola saldığınızı düşündüyünüz adam. Nədənsə, zamanı gələndə ona quru-quru qurbanın olum deyəcəyiniz günün uzaqda olmadığını düşünürəm, qurular. Birdə-biRƏ ŞAD olacağımız an. Hələliksə, qurunuzun yanında etdiklərinizə don geyindirərək, aydan arı, sudan duru olduğunuzu xəyal edin. Hə, bu arada Duru təkcə sabun markası deyil, dilimizdə bu sözün başqa mənası da var.

İmza: Qurbağa (Fanat.az)







OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR