“Quru Putin” - Rusiya prezidenti qınandı

“Quru Putin” - Rusiya prezidenti qınandı
Dünya mətbuatı dünən axşam Moskvada yaşananları ciddi müzakirə edir.

Sport7.az xəbər verir ki, Avropanın bir sıra aparıcı mətbuat orqanları Rusiya prezidenti Vladimir Putini ciddi tənqid edirlər.

Bu tənqidlərə səbəb güclü yağış zamanı Putinin çətirin altında dayanması, ölkəsində qonaq olan digər rəhbər şəxslərə, xüsusən də Xorvatiyanın xanım prezidentinə çətir təklif etməməsidi.

Avropa qəzetləri Putinin bu davranışını centilmenlikdən kənar davranış kimi qiymətləndirib.

Sport7.az

Xəbər lenti