Quti "Beşiktaş"a gəlir

Quti
"Real"ın sabiq futbolçusu Quti karyerasını Türkiyədə davam etdirə bilər. 

Sport7.az xəbər verir ki, bu barədə "Ntvspor.net" məlumat yayıb. 

Xəbərə görə, İstanbul klubunun məşqçilər korpusunda yer alacaq.

"Beşiktaş"ın prezidenti Fikrət Ormanın ispan futbolçu ilə şəxsən danışdığı bildirilir. Bunun üçün Orman İspaniyaya səfər edib. 

Mövsümün əvvəlində "Real"ın gənclərdən ibarət komandasında işləyən Quti "Beşiktaş"da da məşqçi köməkçisi işləyəyəcək. 

Qeyd edək ki, 3qat Çempionlar Liqasının qalibi olan Quti "Real"da 1994-2010 illər arasında 387 oyun keçirib və 46 qol vurub. 
 
Sport7.az

Xəbər lenti