Qvardiola

Qvardiola "Mançester Siti"də rekorda imza atdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Vest Hem"lə oyunda rekorda imza atıb.
 
Sport7.az xəbər verir ki, Mançester təmsilçisinin rəqibini 2:1 yendiyi oyunda Qvardiola komandanın baş məşqçisi kimi 200-cü qələbəsini qazanıb. Bunun üçün ona 273 matç lazım olub.

İspan mütəxəssis İngiltərə Premyer Liqasının baş məşqçiləri arasında bu sayda qələbəni ən qısa müddətdə qazanıb. O, Joze Mourinyonun nailiyyətini üstələyib. Sonuncu 200 qələbə qazanmaq üçün 309 matç keçirməli olub.

"Mançester Siti" 26 matçda 62 xal yığıb və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün yarış cədvəlində 1-ci yer tutur. "Vest Hem Yunayted” 45 xalla 4-cü yerdə qərarlaşıb. "Şəhərlilər"in əsas təqibçiləri 49 xal üzrə "Mançester Yunayted" və "Lester Siti"dir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR