Qvardiola millidə işləmək istəyir

Qvardiola millidə işləmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola milli komandada işləmək arzusundadır. 

Sport7.az xəbər verir ki, bu barədə o, qonaq olduğu "Universo Valdano" proqramında bəhs edib. 

Qvardiola "Mənim elə imkanım olsa, millisi komandada işləmək istəyərəm. Yoxlamaq istərdim. Bu həmişə mənə maraqlı olub", deyə bildirib. 

Qeyd edək ki, Qvardiola "Barselona"nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 1990-cı ildən 2001-ə qədər çıxış edib. 2008-2012-ci illərdə isə bu komandanın baş məşqçisi olub və 14 titul qazanıb. 

O, 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Ötən mövsüm komanda onun rəhbərliyi altında İngiltərə çempionluğu, ölkə kuboku və İngiltərə Superkubokunu qazanıb. 
 
Sport7.az



Xəbər lenti