Qvardioladan darmadağına şərh

Qvardioladan darmadağına şərh
Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" "Bazel"i 4:0 hesbaı ilə məğlub edib. 

Sport7.az xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Xosep Qvardiola matç haqda fikirlərini səsləndirib. 

"Əla nəticədi. Demək olar ki, 1/4 finaldayıq. Biz hər oyuna ciddi yanaşırıq. Fevralın təqvimində Premyer Liqada möhtəşəm yerdəyik. Bazarertəsi də İngiltərə Kubokunda 1/4 finala adlamaq imkanımız olacaq. Oyun ardınca oyun gəlir", deyə mütəxəssis "BBC Sport"a açıqlamasında bildirib. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 7 martda Mançesterdə baş tutacaq. 
 
Sport7.az

Xəbər lenti