Rabyo:

Rabyo: "Hər kəs "Yuventus"da oynamaq istəyər"

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Corriere della Sport"a açıqlamasında "Yuventus"la danışıqlar apardığını təsdiqləyib:

"İtaliya çox xoşuma gəlir. Bura əladı. Bir az istirahət edəcəm və gücümü toplayacam. İrəlidə məni gərgin mövsüm gözləyir.

"Yuventus" mənimlə əlaqə yaradıb. Danışmışıq, amma ortada konkret bir şey yoxdu. Hara gedəcəyimi hələ bilmirəm.

"Yuventus" - əla klubdu, hər kəs orada oynamaq istəyər. Eynisini "Mançester Yunayted" haqqında da deyə bilərik. Qərar verməliyəm. Ancaq indi tətildəyəm. Yaxın günlərdə qərarımdan xəbərdar olacaqsınız".

Rabyonun PSJ ilə olan müqaviləsi 30 iyunda bitir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR