Rafael Ağayevdən uğurlu debüt

Rafael Ağayevdən uğurlu debüt
Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev Karate Kombat təşkilatının üzvü olub.

Sport7.az xəbər verir ki, idmançımız Full Kontakt karate üzrə döyüşlərdə debüt edib. 5 dəfə dünya, 10 dəfə Avropa çempionu ilk döyüşünə Macarıstanın paytaxtı Budapeştdə çıxıb. Ağayev ilk döyüşündə Dominikan Respublikasının təmsilçisi Dionisio Qustavo ilə qarşılaşıb. Qalib gələn Rafael debütdə ilk qələbəsini qazanıb.

Xatırladaq ki, idmançımız yeni yaradılan Full Kontakt Karate Liqasında mübarizə aparacaq. 30-dan artıq ölkənin 100-dən çox karateçisinin qatıldığı turnirə aprelin 26-da ABŞ-ın Mayami şəhərində start veriləcək.
 
Sport7.az 

Xəbər lenti