Mövsümün sonuncu "Böyük dəbilqə" seriyalı turniri olan "US Open"ə yekun vurulub.
Son olaraq kişilərin mübarizəsində qalib müəyyənləşib. Həlledici görüşdə Rafael Nadal və Daniil Medvedyev üz-üzə gəlib. 4 saat 49 dəqiqə davam edən oyunun qalibi beşinci setdə müəyyənləşib. Nadal qələbə qazanaraq "US Open" titullarının sayını 4-ə çatdırıb. Bu, ispan raketka ustasının 19-cu "Böyük dəbilqə" zəfəridi. O, yalnız Rocer Federerdən (20 titul) geri qalır.
US Open (Böyük dəbilqə)
Nyu-York, ABŞ
Final
Rafael Nadal (İspaniya) - Daniil Medvedyev (Rusiya) - 3:2 (7:5, 6:3, 5:7, 4:6, 6:4)

Sport7.az