Rahid Əmirquliyev

Rahid Əmirquliyev "Şahdağ"da - FOTOLAR

Mövsüm bitəndən sonra "Qarabağ"dan ayrılıb, "Səbail"lə müqavilə imzalayan Rahid Əmirquliyev bu gün "Şahdağ"ın qonağı olub.

Sport7.az xəbər verir ki, Qusar futbolunun yetirməsi ilə görüşdə "Şahdağ" Futbol Klubunun rəhbərliyi, məşqçilər korpusu, aşağı yaş qruplarının oyunçuları və valideyinlər iştirak ediblər.

Yığmamızın üzvü balaca "Şahdağ"lılara öz məsləhətlərini verərək onlara böyük oyunçu olmağın sirlərini öyrədib.
 
Görüşün sonunda Rahidə komandanın forması hədiyyə olunub. Daha sonra təcrübəli futbolçu "Şahdağ"ın gələcək ulduzlarını topla və digər hədiyyələrlə sevindirdi.
 











 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR