Rail Məlikovun yeni klubu rəsmən açıqlandı

Rail Məlikovun yeni klubu rəsmən açıqlandı

Azərbaycan yığmasının sabiq üzvü Rail Məlikovun yeni komandası müəyyənləşib. Sport7.az saytı xəbər verir ki, 2015/2016 mövsümünü AZAL-da keçirən təcrübəli müdafiəçi paytaxt klubunda qalası olmayıb.
 
Belə ki, Rail karyerasını "Sumqayıt”da davam etdirməyə qərar verib. Klubun rəsmi saytının yaydığı məlumatda Məlikovla müqavilənin imzalandığı bildirilib. Rail yeni komandası ilə 1 illik sazişə qol çəkib.
 
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin şərəfini qoruyub. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR