Rail yenə

Rail yenə "18-lik"dən kənarda, Kamranı ilk dəfə məyus etdilər - VİDEO

Millimizin sabiq müdafiəçisi Rail Məlikovun məxsus olduğu "Dənizlispor" yığmamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Kayserispor"u qəbul edib.

Sport7.az xəbər verir ki, lider "Kayserispor" səfərdə yenil durumda olduğu matçda 3:1 hesabı ilə qalib gəlib.

Rail ötən tur olduğu kimi, "18-liy"ə daxil edilməyib. Kamran isə yenə qapıda dayanıb. O, 9-cu dəqiqədə Moskva "Dinamo"sunun sabiq bolqar hücumçusu Tsvetan Qenkovun qoluna mane ola bilməyib.

Qeyd edək ki, bu nəticədən sonra "Kayserispor" xalını 53-ə yüksəldib və II pillədə yer alan "Adana Dəmirspor"la arasındakı 5 xallıq fərqi qoruyub. "Dənizlispor" isə yenə XVII pillədə məskunlaşıb.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR