"Çelsi"nin baş məşqçi postuna növbəti namizəd - Ralf Ranqnik

"Laypsiq"in sabiq baş məşqçisi Ralf Ranqnik "Çelsi"ni çalışdıra bilər.

"Bild"in məlumatına görə, alman mütəxəssis Mauritsio Sarrini əvəzləməyə namizədlərdən biridi. London klubu hələlik Ranqniklə danışıqlara başlamayıb.

60 yaşlı çalışdırıcı 2018-19 mövsümünün sonunda "Laypsiq"dən ayrılıb. O, yenidən "Red Bull" şirkətində İdman və Futbolun İnkişafı departamentinin sədri postunu tutacaq.

"Çelsi"nin siyahısında Ranqniklə yanaşı, Frenk Lempard və Rafael Benitesin də adlarına rast gəlmək mümkündü.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR