Ramil Quliyev “İlin idmançısı” seçildi

Ramil Quliyev “İlin idmançısı” seçildi
Türkiyə adından çıxış edən azərbaycanlı idmançı Ramil Quliyev qardaş ölkədə "İlin idmançısı” seçilib.
 
Sport7.az xəbər verir ki, onu bu mükafata "GQ” dərgisi layiq görüb. 
 
Bu barədə jurnalın sosial şəbəkədəki rəsmi hesabından məlumat verilib. 
 
Qeyd edilib ki, R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə ilə qızıl medal qazanıb. Bununla da o, Türkiyəyə Dünya Atletika Çempionatlarında ilk qızıl medalı gətirən idmançı kimi tarixə düşüb.
 

 
Sport7.az


Xəbər lenti