Ramil Quliyev Əziz Yıldırımı ağlatdı

Ramil Quliyev Əziz Yıldırımı ağlatdı
"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım klubun üzvü Ramil Quliyevin Londonda keçirilən kişilər arasında 200 metr məsafəyə qaçış yarışının finalında qazandığı qızıl medaldan sonra qürurlanıb.

Sport7.az xəbər verir ki, klubun televeziyası "FBTV" ilə əlaqə saxlayan Yıldırım Quliyevin çempionluğundan bəhs edərkən səsi titrəyib və ağlayıb. 

Ramilin çempionluğundan dolayı açıqlama verən prezident "Hazırda ağalamaq durumundayam. Belə bir övladımızın çempion olmasından dolayı çox qürurlandım. İnşallah digər idmançılarımız da bunu bacarar" sözlərini söyləyib. 

Quliyevin türk atletizminin adını dünyaya çatdırdığını anladan başqan "Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdı. Ramil bu gün iki dövlətin bir millətin övladı olaraq qaçdı. Bizi qürurlandırdılar. Bütün dünya televeziyalarında həm "Fənərbaxça"nın həm də Türkiyənin adını ucaldıb. Ramil bu nailiyyəti ilə Türkiyə atletizminin də var olduğunu dünyaya göstərdi və sübut etdi" ifadələrini işlədib. 

Quliyev Türkiyəyə tarixdə ilk dəfə qızıl medal qazandıraraq bu ölkənin tarixinə düşüb.

Sport7.az

Xəbər lenti