Ramil Quliyev finalda

Ramil Quliyev finalda
Avropa Atletizm çempionatında 200 metr məsafə yarışında Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyev finala vəsiqə qazanıb.
 
Sport7.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlindəki Olimpiya stadionunda təşkil olunan çempionatda Quliyev 200 metr məsafəyə qaçışda ilk seriyada yarışıb. 
 
Ötən il Londonda qızıl medalı boynundan asan Ramil 20.33 dərəcə ilə seriyanı 1-ci yerdə tamamlayaraq finala çıxıb. 
 
Final yarışı bu gün baş tutacaq.
 
Sport7.az

Xəbər lenti