Ramil Quliyev mükafatlandırıldı

Ramil Quliyev mükafatlandırıldı
Azərbaycanlı atlet Ramil Quliyev mükafatlandırılıb.
 
Sport7.az xəbər verir ki, Balkan Atletizm Federasiyaları Birliyi (ABAF) Ramil Quliyevi "ilin kişi idmançısı" mükafatına layiq görüb. Türkiyə Atletizm Federasiyasından verilən açıqlamaya görə Quliyev mükafatını ABAF-ın başqanı Dobromir Karamarinov, onun köməkçisi və Türkiyə Atletizim Federasiyasının prezidenti Fatih Çintimardan aldığı bildirilib.
 
Bu il Almaniyanın paytaxtı Berlində keçirilən kişilər arasında 200 metr məsafəyə qaçışda Quliyev 19.76 saniyə ilə Türkiyə rekordunu yeniləməklə yanaşı çempionluq rekordunu da qırmışdı. 
 
Mərasimdə "ilin qadın atleti" mükafatına yunan üçaddımçı Paraskevi Papaxristou, "ilin gənc atleti" adına ukraynalı Mixaylo Koxan, "ilin gənc qadın atleti" adına isə bolqar Aleksandra Naçeva layiq görülüb.
 
Sport7.az

Xəbər lenti