Ramil Quliyev son 3 namizəd sırasında

Ramil Quliyev son 3 namizəd sırasında
Kişilər arasında 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletizm Birliyi (AAB) tərəfindən verilən "İlin Avropalı Atleti" mükafatı üçün son 3 namizəd arasına daxil olub.

Sport7.az xəbər verir ki, AAB 2017-ci ildə bu mükafat uğrunda yarışacaq namizədlərin sayının 10-dan 3-ə düşdüyünü açıqlayıb. Dünya Atletizim Çempionatında qızıl medal qazanan 27 yaşlı sprinter fransız Kevin Mayer və alman Yohannes Vetterlə birlikdə ilk "üçlük"də yer alıb. 

Mükafatlar oktaybrın 14-də Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq mərasimda öz sahiblərini tapacaq. 

Kişilər arasında 200 metr məsafəyə qaçışda 20.09 saniyə ilə finişə birinci çatan Quliyev Türkiyəyə tarixinin atletizim yarışındakı ilk çempionluğunu qazandırmışdı.

Sport7.az

Xəbər lenti