Ramil Quliyev Useyn Boltla görüşdü

Ramil Quliyev Useyn Boltla görüşdü
Londonda təşkil olunan Dünya Atletizm Çempionatında kişilər arasında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan həmyerlimiz Ramil Quliyev idman dünyasının əfsanəvi isimlərindən olan Useyn Boltla bir araya gəlib.
 
Sport7.az xəbər verir ki, Londonda qaldıqları oteldə qarşılaşan idmançılar bir müddət söhbətləşib. Ramil Boltu karyerasının sonuncu yarışında bürünc medal qazanması münasibəti ilə təbrik edib. Bolt isə "Ünvanını qorumağını diləyirəm. Ölkənin və sənin adına çox sevindim" sözlərini işlədib. 
 
Ramilin lider olduğu 200 metr məsafəyə qaçış üzrə yarışda son 4 ilin çempionu olan Bolt təxminən 1 həftə öncə karyerasının son yarışına çıxmış və 9,95-lik dərəcəsi ilə 3-cü yerə çıxmışdı.
 
Sport7.az

Xəbər lenti