Ramil Şeydayev ən pis transferlər siyahısında

Ramil Şeydayev ən pis transferlər siyahısında

Rusiya Premyer Liqasında yay fasiləsinin ən uğursuz transferləri açıqlanıb.

Sport7.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayev də ən pis 10 transferdən biri olub.

Buna səbəb hücumçunun Moskva "Dinamo”sundakı durumudu. Paytaxt təmsilçisinin heyətinə düşməyə çətinlik çəkən legioner ümidləri doğrulda bilməyib. Rusiyanın "soccer.ru” saytı onun keçidini belə dəyərləndirib: "Şeydayev Samaradan "Dinamo”ya azad agent kimi gəlib. O, təkcə bir illik müqavilə və normal maaş deyil, həm də müəyyən əlavə qazanc əldə edib. Roman Oreşuk ("Dinamo”nin idman direktoru - red) mərkəzə dərhal hücumçu tapa bilmədiyindən Ramil oynamaq imkanı da qazandı. "Zenit”in hündürboy, cüssəli yetirməsi ampluasını da dəyişməli olmayıb. Amma pis işlədi, heç qol da vurmadı. Belə transferlər pis sayılırlar. "Dinamo”nun böhranı Şeydayev fiquru ilə də bağlıdır".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR