Ramil Şeydayev oynadı, "Krılya Sovetov" qələbə qazandı - VİDEO

Ramil Şeydayev oynadı,
Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, yığmamızın üzvü Ramil Şeydayevin də formasını geydiyi "Krılya Sovetov" səfərdə "UFA"-nın qonağı olub. Bu matçda "Krılya Sovetov" Miral Samarciç və Pavel Yakovlevin qolları ilə 2:1 hesablı qələbə qazanıb.
 
Şeydayev də bu görüşdə forma şansı qazanıb. Oyuna ehtiyat oyunçular skamyasından başlayan futbolçumuz 70-ci dəqiqədə Alan Çoçiyevin əvəzinə meydana daxil olub. 
 
"Krılya Sovetov" hazırda 13 xalla 14-cü pillədə qərarlaşıb. 


Sport7.az

Xəbər lenti