Ramil Şeydayev: "Pis oynadıq"

Ramil Şeydayev:
Yığmamızın üzvləri Maksim Medvedev və Ramil Şeydayev Qazaxıstan yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında futbolçular bunları söyləyib:
 
Maksim Medvedev: "Rəqib yaxşı oyun göstərdi. Bu oyun bizim üçün böyük təcrübə oldu. Millətlər Liqası öncəsi bu cür rəqiblə mübarizə aparmaq vacibdir. Təbii ki, belə rəqiblə oyunlar qarşıda bizim yaxşı oyun göstərməyimiz baxımından üstünlükdür. Millətlər Liqasında müxtəlif oyun üslüblarına malik komandalar var. Qazaxıstan yığması da o komandalardandır ki, özünəməxsus oyunu var”.
 
Ramil Şeydayev: "Açığı bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.
 
Sport7.az

Xəbər lenti