Ramil Şeydayevdən Region Liqasında oynayanlara böyük jest - VİDEO

Ramil Şeydayevdən Region Liqasında oynayanlara böyük jest - VİDEO

Millimizin və "Sabah"ın hücumçusu Ramil Şeydayev xeyriyyəçi addımı ilə gündəmə gəlib.
 
Sport7.az xəbər verir ki, Şeydayev Region Liqasında oynayan futbolçular üçün butslar toplayıb. Bu haqda futbolçu rəsmi "Facebook" səhifəsində paylaşım edib. O, futbolçulara paylayacaq butsları həmkarlarının köməyi ilə topladığını bildirib. Ramil videoçıxışında bunları söyləyib: "Region Liqası futbolçularına salam. Biz sizin üçün kiçik hədiyyələr hazırlamışıq, bunlar butslardı. Həm bizim həm də digər klublardan bunun üçün mənə kömək ediblər. Hazırda Region Liqasının iki komandası üçün butslar toplamışıq. Birinci Kürdəmir və digər bir komanda olacaq, düşünüb, təyin edib göndərəcəyik. Gələcəkdə də bu cür butslar toplayıb Region Liqasında iştirak edən komandalara köməklik göstərməyə çalışacaqğıq.  Hamınıza yeni mövsümdə uğurlar!"
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR