Ramilin 90 dəqiqə oynadığı görüşdə “Dinamo” üçün fiasko

Ramilin 90 dəqiqə oynadığı görüşdə “Dinamo” üçün fiasko

Rusiya kubokunun 1/16 final mərhələsinin görüşləri start götürüb.

Sport7.az xəbər verir ki, həmyerlimiz Ramil Şeydayevin komandası "Dinamo” Vladivostokda "Luç Energiya”nın qonağı olub.

Ramilin 90 dəqiqə meydanda olduğu görüşdə Moskva təmsilçisi 0:1 hesabıyla uduzub. Bununla da "Dinamo”nun kubok məcarası bu mövsümlük başa çatıb.

82-ci dəqiqədə sarı vərəqə alan Ramil uzun fasilədən sonra ilk dəfə start heyətdə meydana çıxıb.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR