Ramiz Məmmədovdan Maksimova ismarıc: “İnanıram ki...”

Ramiz Məmmədovdan Maksimova ismarıc: “İnanıram ki...”
Bu gün "Keşlə”ni ukraynalı Yuri Maksimovun çalışdıracağı rəsmiləşdi.

Sport7.az xəbər verir ki, Ramiz Məmmədovdan alınan post əcnəbi mütəxəssisə tapşırıldı.

Ramiz Məmmədov isə bundan sonra "Keşlə”nin idman direktoru vəzifəsini icra edəcək.

Klubda baş verənlərlə bağlı "azerisport.com”un suallarını cavablandırarkən Məmmədov "Keşlə”nin yeni baş məşqçisinə örtülü mesaj göndərməyi də unutmayıb.

Sitat: "Uyğunlaşma problemi hər zaman hiss olunur. İstər yerli, istərsə də əcnəbi mütəxəssislər üçün. İnanıram ki, Maksimov Azərbaycanda qarşılaşacağı bütün çətinlikləri nəzərə alıb”.

Sport7.az

Xəbər lenti