Ramos 100-ə çatdı

Ramos 100-ə çatdı
İspaniya kubokunun 1/8 finalında "Real" "Leqanes"i 3:0 hesabı ilə məğlub edib.
 
Sport7.az xəbər verir ki, bu görüş madridlilərin futbolçusu Serxio Ramos üçün əlamətdar olub.

Oyunda penaltidən hesabı açan 32 yaşlı müdafiəçi "Real"da 80-ci, karyerası ərzində isə 100-cü qolunu vurub. 

Qeyd edək ki, bu qollardan 3-nü Ramos "Sevilya"da, 17-sini isə İspaniya millisində vurub.
 
Sport7.az 

Xəbər lenti