Ramos üzr istədi

Ramos üzr istədi

"Neftçi” "Bakı” ilə yoxlama oyunundan sonra istirahəti başa vuraraq məşqlərini bərpa edib. Sport7.az saytının məlumatına görə, komanda "Simurq”la matçın hazırlığına start verib. 

Ötən gün klubun bazasındakı meydançada baş tutan məşqdən əvvəl paraqvaylı futbolçu Erik Ramos "Bakı" ilə yoxlama oyununda etdiyi hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarından, eləcə də azarkeşlərdən üzr istəyib. 

Ramos bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət elədi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR