Ranqnik

Ranqnik "Bavariya"nın təklifini qəbul etməyib, Venger baş məşqçi postuna əsas namizəddi

Niko Kovaçla yollarını ayıran "Bavariya" baş məşqçi axtarışlarını davam etdirir.

"Bild"in xəbərinə görə, "Hoffenhaym" və "Layptsiq"in sabiq baş məşqçisi, hazırda "Red Bull" şirkətində idman departamentinin rəhbəri kimi çalışan Ralf Ranqnik "Bavariya" ilə danışıqlar masasına oturmaqdan imtina edib.

"Yox, Ralf Ranqniq danışıqlar aparmaq niyyətində deyil. Fikrimizcə, hazırda "Bavariya"nın ehtiyacı olan şəxs Ranqnik deyil. Məhz buna görə də danışıqlar aparmağın mənası yoxdu", - deyə agent Mark Kositske bildirib.

Hazırda "Bavariya"nın baş məşqçi postuna əsas namizəd Arsen Vengerdi. Münhen klubunun mövsümün sonuna kimi fransız mütəxəssislə əməkdaşlıq etmək istədiyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR