Ranyeri fransız klubundan ayrılır

Ranyeri fransız klubundan ayrılır
Fransa təmsilçisi "Nant" baş məşqçi Klaudio Ranyeri ilə yoları ayırır.
 
Sport7.az xəbər verir ki, klubdan 66 yaşlı baş məşçqi ilə mövsümün sonunda vidalaşacaqları açıqlanıb.Klub prezidenti Valdemar Kita da mətbuata açıqlamasında ona xidmətlərindən dolayı təşəkkürlərini bildirib. 
 
Komanda Ranyerinin rəhbərliyi altında bu mövsüm meydana çıxdığı 37 matçda 49 xal qazanıb. Son turda "Strasbur"la qarşılaşacaq "Nant" 10-cu pillədə yer alır. 
 
Daha öncə "Atletiko", "Çelsi", "Yuventus", "Roma", "İnter" kimi komandaları çalışdırmış ranyeri sonuncu dəfə "Lester"ə rəhbərlik edib və 2014/15 mövsümündə bu komanda ilə İngiltərə çempionu olmaqla tarix yazıb. Ötən mövsüm isə komandanın istənilən səviyyədə çıxış etməməsi üzündən Ranyeri klubla yolları ayırıb.
 
Sport7.az

Xəbər lenti