Raoniç Federeri finalda məğlub etdi

Raoniç Federeri finalda məğlub etdi

Kanadalı Miloş Raoniç ötən ilin "acığını” Federerdən çıxmağı bacarıb.

Sport7.az xəbər verir ki, bu il titul məhz ona nəsib olub.

İsveçrəli Rocer Federer titullarının sayını artıra bilmədi. "Brisbane İnternational” turnirinin finalında ikinci dəfə görüşən Raoniç və Federer cütlüyündən bu səfər qalib qismində Raoniç ayrılıb. Miloş final görüşünü aktivinə iki setdə yaza bilib. 1 saat 27 dəqiqənin yekununda Raoniç 6-4 6-4 hesablı qələbə qazanıb. Federer bu matçda 195 sm boyu olan Raoniçin güclü servisləri ilə bacarmayıb. Raoniç karyerasının 8-ci titulunu qazanıb.

Həmyerlisindən fərqli olaraq Stanislas Vavrinka Hindistanın Çennai şəhərində keçirilən turnirin qalibi olub. Stan finalda xorvatiyalı Borna Çoriçdən üstün olub. "Aircel Chennai Open” turnirinin qalibi Stan 1 saat 26 dəqiqənin yekununda 6-3 7-5 hesabı ilə qalib gəlib.

Kişilərin növbəti turnirləri Avstraliyanın Sidney və Yeni Zenlandiyanın Okland şəhərində keçiriləcək.

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR