Rauf Əliyev Albaniya çempionatında siftə etdi

Rauf Əliyev Albaniya çempionatında siftə etdi
Albaniya çempionatında V turun oyunları keçirilir. 

Sport7.az xəbər verir ki, millimizin üzvü Rauf Əliyevin çıxış etdiyi  "Kukesi” səfərdə "Luşnya” ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollardan birini Rauf Əliyev vurub. Təcrübəli hücumçu 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.
 
Qeyd edək ki, 5 turdan sonra aktivində 10 xal olan "Kukesi" turnur cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Sport7.az

Xəbər lenti