Rauf Əliyevdən "Keşlə" mesajı: "Oynaya biləcəyim yeganə komanda..."

Rauf Əliyevdən
Yeni il ərəfəsində Albaniyada çıxış etdiyi "Kukesi"dən ayrılıb vətənə qayıdan Rauf Əliyevin futboldakı gələcək taleyi hələ də qaranlıqdı. 

Özü açıqladığı kimi, problem yaşadığı üçün legioner olduğu klubdan ayrılan Rauf yaya qədər futbolsuz qalmaq təhlükəsi ilə də üz-üzədi. Hər halda qərara görə futbolçu bir mövsüm ərzində maksimum iki komandada oynaya bilər. Yəni "Keşlə"dən ayrılıb "Kukesi"yə yollanan hücumçu uzaqbaşı yenidən "Keşlə"yə qayıda bilər.

Qısası futbolçunun planları ilə bağlı fikirlərini öyrəndik. Rauf Sport7.az-a açıqlamasında bunları söylədi:

"Karyeramla bağlı hələ ki, yenilik yoxdu, Bakıda istirahətdəyəm. Harasa getmək üçün planım da yoxdu. 

Hələ ki, təklif göndərən də yoxdu, sakitçilikdi. Bu gün ilk iş günüdü. Ola bilər bayramdan sonra məlumat çıxsın. İndi 3-cü klub söhbətinə görə tam fərqli bir vəziyyət yaranıb. Bir qədər çətinlikdi. İnanırsız ki, heç vəziyyətin necə olacağını özüm də bilmirəm. Bir neçə günə yəqin ki, xəbər olar. Hazırkı durumda Azərbaycanda oynaya biləcəyim yeganə komanda "Keşlə"di. Bir də başqa çempionatda oynaya bilərəm. 

Qalmaqalla ayrıldığım kluba qayıtmaq deyəndə, heç kim asılıb-kəsilməyib. Dava-qırğın da çıxmayıb. Sadəcə, arada bir qədər narazılıq, inciklik olub. Bu da böyük rol oynamır. Demirəm ki, konkret "Keşlə"yə gedirəm. Sadəcə vəziyyət belədi, heç nə bilmirəm.

Albaniyada tam başqa vəziyyət yaranmışdı deyə qala bilmədim. Orda yaşananlarla bağlı mətbuata açıqlama vermişəm. Yəqin ki, xəbəriniz var. Problem klubda olub ki, qayıtmışam. Özümlə bağlı heç bir problem olmayıb. 

Heç bir kluba gedə bilməsəm də nə edəcəyimimi bilmirəm. Yəqin ki, nəsə olsa siz də xəbər tutacaqsız".

Sport7.az

Xəbər lenti