Rayan Giqqz:

Rayan Giqqz: "Heç kim bu komandaya zəif rəqib kimi yanaşmır"

Millimizlə matçdan sonra Uelsin baş məşqçisi Rayan Giqqz matç haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib: "Bizim üçün vacib oyun idi. Futbolçularımın birinci hissədəki çıxışından razı qalmadım, səhvlər buraxdıq. Nəticə isə məni qane etdi, amma asan olmadı. Rəqibimiz Xorvatiya ilə qarşılaşmada olduğu kimi, çox yaxşı oynadı. Topu özlərində saxlayır, əks-hücumlar qururdular. Azərbaycan millisinin heyətində yaxşı oyunçuların yer aldığını vurğulaya bilərəm. Qrupda heç kim bu komandaya zəif rəqib kimi yanaşmır. Bugünkü oyun da göstərdi ki, istənilən komandanı büdrədə bilərlər. Biz 3 xalı çətinlikdə əldə etdik. Təbii ki, bu oyundan nəticə çıxarılası məqamlar var".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR