Raykkonen şayiələrə öyrəşib

Raykkonen şayiələrə öyrəşib

"Ferrari"nin finlandiyalı pilotu Kimi Raykkonen "Ferrari"dəki gələcəyi haqqında yayılan söz-söhbətin növbəti il də davam edəcəyini düşünür.

Sport7.az xəbər verir ki, "Ferrari" ilə müaqavilə yeniləməmişdən öncə onun Valtteri Bottasın yerinə keçəcəyi düşünülürdü.

Raykkonen özü bu haqda danışarkən belə deyib: "Bu tip xəbərlər hər il çıxır. İlin əvvəlində, ilin ortasında və ilin sonunda. Jurnalistlər motivasiya problemi yaşadıgım, komandada qalıb - qalmayacağım, ya da "Formula 1"i tərk etməyim haqqda suallar verirler.  Artıq buna öyrəşmişəm. Bir illik, ya da on illik müqavilə bağlasaq da, bu dəyişmir".

Zamiq Salahov


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR