"Real" 18 yaşlı futbolçu üçün milyonlarından keçməyə hazırdı

Portuqaliya təmsilçisi "Sportinq"inin futbolçusu Nuno Mendeş "Real"a transfer edilə bilər. 

Sport7.az xəbər verir ki, "Kral Klubu" 18 yaşlı müdafiəçi üçün 45 milyon avro ödəməyə hazırdır. Portuqaliyalı oyunçunun Lissabon klubu ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. İstedadlı futbolçuya "Mançester Yunayted" də maraq göstərir. 

Mendeş ötən mövsüm Portuqaliya Primeyrasında 9 oyun keçirib. Gənclər çempionatında isə o, 17 qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR