"Real" "Atletiko"dan 50 milyon avro tələb edir

"Atletiko" "Real"ın yarımmüdafiəçisi Markos Lyorenteni heyətinə qatmağa çalışır.

"Qırmızı-göylər" 24 yaşlı futbolçunu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Rodri Ernandesin əvəzləyicisi qismində görür. Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.

"Cadena Ser"in məlumatına görə, "Real" Lyorenteni əzəli rəqibinə aşağı məbləğə göndərmək niyyətində deyil. "Kral klubu" ispan oyunçunun qarşılığında 50 milyon avro tələb dir.

"Atletiko"dan fərqli olaraq, ingilis klubları daha yüksək məbləğ ödəməyə hazırdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR